Kişi evini təmizlətdirmək adı ilə dustağa çevirdiyi adam tərəfindən qətlə yetirilib.
Belə ki, Nəriman köhnə tanışı olan Yusiflə görüşərkən ona evini satmaq istədiyini və təmizlik işləri görəcək adama ehtiyacı olduğunu deyir. Yusif isə maddi sıxıntıları səbəbindən bu təklifi qəbul edir.
Həmin gün Nəriman Yusifi öz yaşadığı mənizlə aparır, ona təmizləyəcəyi otaqları göstərir, tapşırıqlar verir. Yusif isə heç nə düşünmədən ona qulaq asır və işə başlayır. Nəriman isə kefini pozmadan onu izləyirdi. Ümumiyyətlə, ona heç bir kömək etmir, əksinə, əlavə işlər görməli olduğunu deyir.
Otaqlarda təmizlik işləri bitdikdən sonra Yusif mətbəxi də təmizləyir, qabları yuyur. Bu vaxt Nəriman ona yaxınlaşaraq soyuducuda olan ərzaqla yemək bişirməsini tapşırır. Yusif yenə də heç bir etiraz etmədən yemək bişirir.
Axşama doğru onlar yemək yeyirlər. Yusif Nərimanla söhbət etməyə çalışır, çox yorulduğunu bildirir. Nəriman isə “hələ sabah da buradasan” cavabını verir və qəfildən bıçağın sapı ilə onun başına zərbə vurur.
Həmin günün axşamı Nəriman onu döyür, mobil telefonunu əlindən alaraq, söndürüb gizlədir və o, heç kəslə əlaqə saxlaya bilmir.
Növbəti günün səhəri Nəriman işə gedir və qapını arxadan bağlayır. Yusif qorxu ilə qapıya yaxınlaşsa da, aça bilmir. Daha sonra balkona çıxır və artıq bir dustağa çevriləcəyini dərk etməyə başlayır. Eyvandan aşağı boylanaraq qaçmağı düşünsə də, tullanmağa cəsarət etmir.
Daha sonra o, evin hər yerinə baxaraq qapının açarını axtarır. Ancaq heç nə tapa bilməyib yorulur. Çarəsizcəsinə Nərimanın gəlməsini gözləməyə məcbur olur.
Dustağa çevrilən Yusif artıq onun evinə gələn dostlarına da qulluq etməyə məcbur olurdu. Nəriman Yusifi dostlarının yanında da təhqir edirdi.
Səhər saatlarında Nəriman yatarkən Yusif yerindən durub sakit şəkildə qaçmağa cəhd edir. Bu vaxt Nəriman yuxudan oyanır, onun sinəsinə yumruq vuraraq yatağa itələyir və deyir ki, bir də belə hal olsa, onu işgəncə verərərək öldürəcək.
Növbəti gün Nəriman evdən gedəndə Yusif qapının açılmasını fürsət bilib aradan çıxmaq istəyir. Nəriman isə onun boğazından tutub divara dirəyir. Bu vaxt Yusif mətbəxdən götürdüyü bıçaqla Nərimana ard-arda zərbələr endirərək onu qətlə yetirir. Daha sonra cəsədi dəhlizdə qoyub qapını bağlayır və hadisə yerindən qaçır.
Ətraflı Baku TV-nin süjetində:
www.102info.az