12 yaşlı Amalın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Günay İsmayılova məlumat verib.
O bildirib ki, övladı beta-talassemiya xəstəliyindən əziyyət çəkir.
“Amalın 12 yaşı var. Beta-talassemiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyini bildiyimiz gündən müalicələri borc-xərclə də olsa, etmişik. Amalınsa vəziyyəti günü-gündən ağırlaşır. Həkimlər müalicəni mütləq davam etdirməli olduğumuzu deyirlər”.
Günay İsmayılova övladının bir kurs müalicəsi üçün 1 200 manata ehtiyacları olduğunu deyib.
“Bu günə qədər olan müalicələr üçün hər şeyimi satmışam. İnanın, dəyərli bir əşyam qalmayıb. Özümüz İsmayıllıda yaşayırıq. Yoldaşım aylıq 400 manata fəhləlik edir. 400 manatla həm müalicəni, həm günlük yaşamı idarə etmək mümkünsüzdür. Yardımsevər şəxslərdən bizə bu uzun yolda dəstək olmağı xahiş edirəm. Mən övladımı itirmək istəmirəm”.
Ailə ilə əlaqə: (055) 850-15-60
Kart: 4127 2093 0235 2106
www.102info.az