Avropanın ən aktiv vulkanı olan Etna oyanıb.
İtaliyanın Kataniya şəhərinin yaxınlığında havaya püskürən lava parçaları müşahidə olunub.
Qeyd edək ki, Etna qitənin ən hündür vulkanıdır və 2013-cü ildən bəri daimi aktivlik vəziyyətindədir.
Yeni vulkan püskürməsi ilə bağlı artıq hava xəbərdarlığı elan edilib.
Bildirilir ki, Kataniya beynəlxalq hava limanına ziyan dəyməyib.
Mənbə: news.ru
www.102info.az