Azərbaycan və Özbəkistan QHT-ləri bəzi sahələrdə əməkdaşlığı genişləndirə bilər.
“Report”un Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyası İdarə Heyətinin sədri Kamoliddin İşanxocayev Füzulidə keçirilən Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında məlumat verib.
O, xüsusilə sosial müdafiə, işsizlik və gender bərabərliyi sahələrini qeyd edib:
“Bu sahələrdə Azərbaycan və Özbəkistan QHT-lərinin fəaliyyətlərini səmərəliləşdirmək, təcrübələrimizi bölüşmək niyyətindəyik. Hazırda maraqlarımızın üst-üstə düşmədiyi hansısa bir sahə yoxdur. Özbək xalqı hər zaman Azərbaycan xalqının yanındadır, hər zaman öz dostlarımızın siyasətini dəstəkləyirik”.
www.RIA24.az