Hökumət rəsmisi: “Azad edilmiş ərazilərin 80%-i hələ də minalardan təmizlənməyib”

Müharibə


“Azad edilmiş ərazilərin 80%-i hələ də minalardan təmizlənməyib”.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov Bakıda keçirilən “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, minalar, partlamamış hərbi sursatların ərazidə olması yenidənqurma işlərini, insanların öz yurdlarına qayıtmasını çətinləşdirir:

“Minadan təmizlənmə çox vaxt aparan və baha başa gələn bir prosesdir. Artıq üç ildir Azərbaycan ərazilərini işğaldan azad edib və bu 30 il ərzində həmin ərazilər kifayət qədər dağıdılıb, dini-mədəni abidələr məhv edilib, ərazi tamamilə minalarla çirkləndirilib, minalar bütün ərazilərdə pərakəndə şəkildə basdırılıb. Hətta qəbiristanlıqlar, əkin sahələri belə minalanıb”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir