“300 nəfər şəxsi heyətlə başlayan ANAMA-nın artıq 1400 işçisi var”.
“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov “Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı 2-ci beynəlxalq texniki tədbirdə deyib.
O qeyd edib ki, mina bizim üçün başlıca problemdir.
“Məcburi köçkünlərin azad olunmuş ərazilərə qayıtmasına minalar böyük əngəldir. Ancaq Azərbaycan hökuməti ərazilərin minalardan təmizlənməsini özünə prioritet götürüb. Minatəmizləmə fəaliyyəti quruculuq bərpa işlərinə birbaşa təsir edən amildir. Ərazidə minatəmizləyənlər üçün də təhlükəsizlik üçün vacib məsələdir”.
Rüfət Məmmədov vurğulayıb ki, ANAMA-ya kifayət qədər böyük investisiyalar qoyulub.
“Biz agentliyin potensialını 20 dəfə artırmışıq. 300 nəfər şəxsi heyətlə işə başlayan qurumun artıq 1400 işçisi var. Gələn il də işçilərin sayının artırılması gözlənilir. Müdafiə Nazirliyi, Sərhəd qoşunları da minatəmizləmə ilə bağlı təlimatlandırılıb”.
www.102info.az