Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, “Nissan” markalı avtomobil yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində 1968-ci il təvəllüdlü Təranə Ənvər qızı Babayeva hadisə yerində aldığı xəsarətlərdən ölüb.
Daha bir nəfər, 1964-cü il təvəllüdlü Xalis Abiddin oğlu Babayev müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az