Bu ilin doqquz ayı ərzində Naxçıvan Muxtar Respublikasında 56 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 24 nəfər həyatını itirib.
Bunu “Report”un yerli bürosuna Naxçıvan Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis kapitanı Ayaz İsmayılov bildirib.
Onun sözlərinə görə, aparılan təbliğat işlərinə baxmayaraq, muxtar respublikada doqquz ayda baş verən qəzalar nəticəsində 61 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
www.102info.az