Bir neçə keçmiş erməni məmurun arvadları, uşaq bağçalarının direktorları olan qadınlar ifadələrinin alınması üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıblar.
Yaxın vaxtlarda onların adlarının açıqlanacağı vəd edilsə də, hələlik uşaq bağçalarının ərzaqla təmin edilməsindən qazanc əldə edənlərin cinayət işi ilə bağlı dindirildikləri bildirilir.
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti uşaq bağçalarının ərzaqla təmin edilməsindən qazanc əldə edən cinayətkar dəstənin üstünü açıb.
İstintaq materiallarına görə, uşaq bağçalarının ərzaqla təmin edilməsi üzrə tenderdə qalib gələn iki şirkət sənədləri saxtalaşdırıb və məktəbəqədər uşaq müəssisələrinin müdirlərinin köməyi ilə ərzaq təchizatı üçün ayrılan pulları mənimsəyiblər.
Evlərdə və ofislərdə aparılan axtarışlar zamanı 22 milyon dram (55 min ABŞ dolları) nağd pul, qızıl-zinət əşyaları, mobil telefonlar və kompüterlər aşkar edilib. Məsələ ilə bağlı beş nəfər həbs edilib.
Mənbə: Erməni KİV
www.102info.az