Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə fond pulunun yığılması, müəllimlərə hədiyyələrin verilməsi hallarının hələ də qalmasına münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, elm və təhsil naziri media üçün keçirdiyi brifinqdə bu barədə danışıb. Onun sözlərinə görə, bütün valideynlərə təzyiq göstərə bilməzlər:
“8 Mart ərəfəsində mən valideynlərə müraciət etdim ki, müəllimə, pul, gül verməyin. Amma nə müşahidə etdik? Valideynlər gəlib hədiyyələr verdilər. Bu davranış mədəniyyəti valideynlərdə hələ formalaşmayıb. Nazirlik üç milyon insana nəzarət edə bilməz”.
“Müəllimə qızıl verirlər, nazir olaraq mən valideynə necə təzyiq göstərim? Müəllimə diqqət göstərmək ayıb deyil, açıqca, gül vermək olar. Amma qızıl vermək ayıbdır. Biz bunu qınaya bilərik”, – deyə nazir əlavə edib.
İlhamə Əbülfət
www.102info.az