Sumqayıtın Sülh prospektində yerləşən uşaq qəbiristanlığı 1982-ci ildə salınıb, burada 500-ə yaxın məzar var.
Sovet dövründə şəhərdə fəaliyyət göstərən zavodda çalışanların körpələri zəhərli maddəyə görə ölü və ya şikəst doğulurmuş. Bu qəbiristanlıq da həmin uşaqların dəfn olunması üçün salınıb.
Qəbiristanlığın nəzarətçisi İman İmanovun sözlərinə görə, son vaxtlar uşaqları bu məzarlıqda dəfn etmirlər.
“Artıq insanlar uşaqları öz əzizlərinin yanında basdırmağa başlayıblar. Burada sonuncu dəfə 2 ay əvvəl uşaq dəfn olunub”, – nəzarətçi söyləyib.
www.102info.az