Uqandada 70 yaşlı qadın əkiz uşaq dünyaya gətirib

Maraqlı


Uqandada 70 yaşlı qadın Safina Namukvayya ekstrakorporal (süni) mayalanma (EKM) yolu ilə hamilə qalıb və iki sağlam əkiz uşaq dünyaya gətirib.

Qadının bir qız və bir oğlu dünyaya gəlib. Qadına qeysəriyyə əməliyyatı etmək lazım olub. Safina uşaqların doğulmasını möcüzə adlandırıb. O da, uşaqlar da özlərini yaxşı hiss edirlər.

Kampala şəhər xəstəxanasından bildirilib ki, 70 yaşlı ananın əkiz uşaq dünyaya gətirməsi təkcə tibbi uğur deyil.

“Bu, insan ruhunun gücü və möhkəmliyi haqqında bir hekayədir”, – deyə həkimlər vurğulayıb.

Namukvayya “Afrikanın ən yaşlı anası” adını qazanıb. Safinanın əkiz uşaq gözlədiyi xəbərindən sonra əkizlərin atası onu tərk etdiyi üçün o, çox güman ki, uşaqları tək böyüdəcək.

“Kişilər birdən çox uşaq gözlədiyinizi eşitməyi xoşlamırlar. Məni bura qəbul etdiklərindən bəri yoldaşım bir dəfə də olsun buraya gəlməyib”, – deyə qadın bildirib.

Namukvayya son üç ildə ikinci doğuşunu həyata keçirib. O, 2020-ci ildə bir qız uşağı da dünyaya gətirib. Safina etiraf edib ki, qızı dünyaya gəlməmişdən əvvəl insanlar ona uşaq sahibi olmadığına görə cırnadırdılar.

“Başqalarının uşaqlarına baxdırdım və onların böyüyüb məni tək qoyduğunu görürdüm. Görəsən qocalanda mənə kim baxacaq deyə düşündüm”, – deyə o, nəhayət uşaq sahibi olmaq arzusunu izah edib.

Namukvayyanın uşaqlarını dünyaya gətirmək üçün donor yumurtasından, yoxsa daha əvvəl dondurulmuş yumurtadan istifadə etdiyi məlum deyil. Safinanın qadınlarda adətən 45-55 yaş arası baş verən menopauzadan keçirib-keçirməməsi ilə bağlı heç bir məlumat yoxdur.

Təəccüblüdür ki, Namukvayya dünyanın ən yaşlı anası deyil. 2019-cu ildə Hindistanda Erramatti Manqayamma adlı 74 yaşlı qadın əkiz qızları dünyaya gətirib. O da süni mayalanma vasitəsilə hamilə qalıb.

Mənbə: BBC

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir