Sahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir

Siyasət


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Çex Respublikasında rəsmi səfərdədir.

Milli Məclisdən verilən məlumata görə, Çex Respublikasının paytaxtı Praqanın Vatslav Havel Beynəlxalq Hava Limanında nümayəndə heyətini Çexiya Parlamentinin Deputatlar Palatasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Yan Kubik, Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfərdə nümayəndə heyətimiz Çexiya Parlamentdə olacaq, keçirilən görüşlərdə ikitərəfli və parlamentlərarası əlaqələrimizin inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir