Məşhur Hollivud aktyoru Jan-Klod Van Damm sosial şəbəkədə valideynləri ilə nadir fotolarını paylaşıb.
“İkinizə də sahib olduğum üçün xoşbəxtəm”, – deyə aktyor paylaşıma şərh verib.
Jan-Klod Van Dammın ata və anası 89 yaşındadırlar və Belçikada yaşayırlar. Aktyor etiraf edib ki, valideynlərini ABŞ-yə köçməyə razı sala bilməyib, ona görə də onlara tez-tez baş çəkməyə çalışır.
Van Damm müsahibəsində uşaq ikən baletlə məşğul olduğunu və buna görə məktəbdə tez-tez ona sataşdıqlarını, hətta döydüklərini bildirib. Aktyor təvazökar uşaq kimi böyüdüyü üçün onlara qarşılıq verə bilməyib. Bu zaman atası 10 yaşlı oğlunu döyüş sənəti bölməsinə yazdırıb. Hollivud aktyoru etiraf edib ki, bu onun həyatında dönüş nöqtəsi olub və belə bir qərara görə atasına çox minnətdardır.
Qeyd edək ki, Jan-Klod Van Damm karate, kikboksinq, muay tay, kunq-fu və taekvondo kimi döyüş sənətinin beş növünə yiyələnib. O, dəfələrlə deyib ki, balet dərslərinin öhdəsindən gələnlər istənilən idman fəaliyyəti ilə məşğul ola bilərlər.
Mənbə: Gazeta.ru
www.RIA24.az