Nurlan Əzizbəyli “ulduz”lardan danışdı: “Toya getdikləri qiymət dodaq uçuqladır” – FOTO

Mədəniyyət


“1985-ci ildən böyük səhnələrdəyəm. Hər bir müğənniyə sevib-sevilmək nəsib olmur. O vaxt dövlət televiziyasında bir senzura var idi. Hər mahnını efirə buraxmırdılar. Məni tamaşaçılar “Ata” mahnısı ilə sevib, qəbul etdilər. Bu mahnı 1990-cı ildə bir müsabiqə üçün yazılmışdı. 13 yaşım var idi, həmin mahnını mən orada ifa etdim. O mahnı ilə qalib oldum. Çoxları dedi ki, “Ata” mahnısını yenidən ifa et. Bu mahnı uşağın dilindən ifa olunurdu. Amma toylarda istəyəndə canlı ifa edirəm”.

Bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Nurlan Əzizbəyli deyib.

“Bu gün hamı özünə ulduz deyir. Göydə daha ulduz qalmayıb, hamısı yerdədir. İnsan özünə nifrət edir ki, gör kimlərlə eyni səhnədəsən. Əlbəttə ki, sənəti yaxşı təbliğ edənlər də var, amma pis təbliğ edənlər onlardan çoxdur. Toya getdikləri qiymət isə dodaq uçuqladır”, – deyə müğənni bildirib.

Nurlan Əzizbəyli əmisi, xalq artisti Ramiz Əzizbəylini də xatırlayıb.

“Əmim Ramiz Əzizbəyli haqda keçmişdə danışmaq mənim üçün çətindir. O, incəsənətin sahəsinin bir neçə növü ilə məşğul olurdu. Həm rəssam idi, həm şair, həm aktyor, həm müğənni, həm də rejissor. Mənim həmişə fəxr etdiyim insan idi. Adım, soyadım gələndə hamı bilirdi ki, mən Ramiz Əzizbəylinin qardaşı oğluyam. Sənətdə də mənə dəstək idi, həyatda da. Məni AzTV-yə solist kimi qəbul edilməyimdə də birbaşa onun dəstəyi oldu. Həmişə başımın tacı olub. Çox təəssüf ki, amansız xəstəlik onu bizdən ayırdı. Ümidləri böyük idi, deyirdi ki, sağalacam. Arzuları, istəkləri var idi. Filmlər çəkmək istəyirdi”, – deyə müğənni bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir