Şənbə və bazar günləri ərzində ikili vətəndaşlığı olan 871 nəfər Qəzza sektorunu tərk edib.
Bu barədə adı açıqlanmayan Misirin sərhəd əməkdaşı məlumat verib.
Onun sözlərinə görə, onların arasında ABŞ vətəndaşı olan 17, Türkiyə vətəndaşlığı olan 130 fələstinli də olub. Onlardan başqa Avstraliya, Misir, Almaniya, Danimarka, Kanada və Cənubi Afrika vətəndaşları da Misirlə sərhədi keçə biliblər.
Həmçinin qeyd olunub ki, 13 yaralı fələstinli son iki gündə “Rəfah” nəzarət-keçid məntəqəsi vasitəsilə Misirə təxliyə edilib, burada onlara tibbi yardım göstəriləcək.
Mənbə: CNN
www.102info.az