“Ermənistan mina terrorunu, əsasən, mülki əhaliyə qarşı həyata keçirib”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son 32 ildə 3 416 nəfər mina qurbanı olub:
“2020-ci ildən indiyə qədər 337 nəfər mina qurbanı olub, 65 nəfər həyatını itirib, onlardan 50 nəfəri mülki şəxsdir. 197 mina hadisəsi baş verib, 56 mina hadisəsi keçmiş təmas xəttində, 141-i isə təmas xəttindən çox uzaqda qeydə alınıb, bu isə mina terrorunun mülki əhaliyə qarşı baş verdiyini göstərir”.
www.RIA24.az