Filippin sahillərində daha bir güclü zəlzələ baş verib

Dünya


Filippin sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Verilən məlumata görə, yeraltı təkanların episentri təxminən 29 min nəfər əhalisi olan Tandaq şəhərindən 74 km şərqdə yerləşib. Zəlzələnin ocağı 35 km dərinlikdə yerləşib.

İtki və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Xatırladaq ki, dekabrın 2-də Filippində 7,4 bal gücündə zəlzələ baş verib. Bundan sonra ölkənin cənub-şərqində, eləcə də Yaponiyada sunami təhlükəsi elan edilib. Bundan əlavə, seysmoloqlar maqnitudası üç ilə 5,6 arasında dəyişən ən azı 14 yeraltı təkan qeydə alıblar.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir