“Koronavirusa yoluxanların 20%-də xəstəliyin uzunmüddətli forması var ki, bu da “uzun COVID” adlanır”.
Bunu Rusiyanın Qamaleya Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin baş elmi işçisi, virusoloq Anatoli Altşteyn deyib.
Onun sözlərinə görə, xəstələrin 20-30 faizində xəstəlik dərhal keçmir, kifayət qədər uzun müddət davam edir.
“Simptomlara yorğunluq, öskürək, müxtəlif nevroloji pozğunluqlar aiddir”, – deyə Altşteyn qeyd edib.
Mütəxəssis vurğulayıb ki, xəstələrin yalnız 2 faizində uzun müddət davam edən “COVID”in ağır halları olub. O qeyd edib ki, adi tənəffüs xəstəliklərindən sonra da oxşar hal müşahidə olunur.
Mənbə: gazeta.ru
www.102info.az