“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Məişət zorakılığından zərərçəkmiş şəxslərə yardım mərkəzi şöbəsi”ndə ötən dövrdə 154 zorakılığa məruz qalan şəxsə xidmət göstərilib”.
Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, onların yüzü uşaqlardır:
“Məişət zorakılığından əziyyət çəkənlər ən çox ailədaxili münaqişələrdən əziyyət çəkən şəxslərdir”.
Nazir bildirib ki, azyaşlı qızların təhsildən kənarlaşdırılması bu sahədə ən böyük riskimizdir:
“Təhsil bu sahədə ən güclü silah olmalıdır”.
İlhamə Əbülfət
www.102info.az