Zaqatalada 81 yaşlı qadın intihar edib.
“Unikal” xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Danaçı kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1942-ci il təvəllüdlü Muminət Kahov qızı Carayevanın meyiti yaşadığı evdə ailə üzvləri tərəfindən asılı vəziyyətdə aşkar olunub.
Məlumata görə, M.Carayeva sinir pozuntusundan əziyyət çəkib.
www.102info.az