Qədim misirlilərin əsirlikdə yetişdirdiyi babuinlərin (əntərkimilər fəsiləsinin pavianlar cinsinə aid məməli heyvan) sümüklərinin təhlili heyvanların zəif qidalandığını və onlara günəş işığının verilmədiyini üzə çıxarıb.
Araşdırma “PLOS ONE” jurnalında dərc olunub.
Eramızdan əvvəl IX əsrdən eramızın IV əsrinə qədər Qədim misirlilər dini məqsədlər üçün müxtəlif növ heyvanları mumiyalayıblar. Yeni araşdırmada arxeoloqlar Luksorun qərb sahilindəki Qədim Misir Meymunlar Vadisindən 36 ayrı babuin mumiyalarını tədqiq ediblər.
Sümüklərdə yaranan zədələr, deformasiyalar və digər anomaliyalar göstərir ki, meymunların əksəriyyəti çox güman ki, əsirlikdə doğulub böyüdükləri nəticəsində pis qidalanma və günəş işığının olmamasından əziyyət çəkiblər. Oxşar xüsusiyyətlər eyni dövrə aid digər iki bölgədən olan babuin mumiyalarında da müşahidə olunur.
Bu nəticələr qədim Misirdə babuinlərin mumiyalanmasından əvvəl necə saxlandığı və onlarla necə rəftar olunduğu barədə təsəvvür yaradır.
Müəlliflər təxmin edirlər ki, meymunların qidalanması haqqında daha çox məlumat eldə etmək üçün onların dişlərini analiz etmək lazımdır. Bundan əlavə, əgər onlardan DNT çıxarıla bilsə, genetik məlumatlar qədim misirlilərin babuinləri harada ovladıqlarını dəqiq göstərə bilər.
Mənbə: gazeta.ru
www.RIA24.az