Elşad Hacıyev: “Zəlzələdən sonra polis dağıntı qeydə almayıb”

Cəmiyyət


“Zəlzələ baş verəndən sonra Bakı və regionlarda polis əməkdaşları gücləndirilmiş iş rejiminə keçiriliblər”. 

Oxu.Az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev Xəzər dənizində baş verən zəlzələyə dair keçirilən mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, indiyə kimi heç bir dağıntı barədə məlumat daxil olmayıb:

“Metro, uşaq bağçaları, ali təhsil müəssisələri, məktəblər nəzarətə götürüb. Vətəndaşlar yalnız rəsmi məlumatlara istinad etməlidirlər. Yaşayış binasında yaşayanlar təşvişə düşüb evləri tərk etmək istəyiblər. Əlavə naryadlar qurulub ki, bu hallar baş verməsin”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir