Bu gün mediada məişət zorakılığı ilə bağlı eyni səhvlər təkrarlanır. Ona görə də məsələyə ancaq medianın peşəkarlığı kontekstindən yanaşmaq doğru deyil.
“Report” xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsindəki paneldə deyib.
Şöbə müdiri bildirib ki, maarifçilik Azərbaycan jurnalistinin əsas missiyası və alın yazısıdır: “Etik prinsiplərin təbliği davam etməli, bu işlərdən yorulmamalıyıq. Media ictimai əhəmiyyətli məişət zorakılığını işıqlandırarkən etik normaları qorumalıdır. Jurnalistin peşəkarlığı özünü sosial şəbəkələrdə və ya digər platformalarda gördüyü açıq informasiyaları necə işıqlandırmaqda göstərir”.
N.Məmmədli əlavə edib ki, jurnalistlərin fəaliyyətini tənzimləyən qanunlar peşə etikasının tələbləri ilə üst-üstə düşür.
www.102info.az