Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasını alqışlayaraq “əlavə addımların atılması ilə bağlı müzakirələrin davam etdirilməsi qərarını” dəstəkləyib.
Bu barədə ölkənin xarici siyasət idarəsinin “Azərbaycanla Ermənistan arasında bəzi konkret əlavə etimad quruculuğu addımların atılması qərarı” haqqında bəyanatında bildirilib.
“Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasında elan edilmiş iki ölkə arasında bəzi konkret əlavə etimad quruculuğu addımların atılması qərarını alqışlayır; etimadı artıran əlavə addımların atılması ilə bağlı müzakirələrin davam etdirilməsi qərarını dəstəkləyirik.
Azərbaycan və Ermənistan arasında Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması üçün ən mühüm hadisələrdən birini təşkil edəcək sülh razılaşmasının ən qısa zamanda imzalanmasını diləyirik”, – deyə bəyanatda qeyd olunub.
Mənbə: Mfa.gov.tr
www.RIA24.az