Qərbi Azərbaycan İcması ABŞ konqresmen və senatorlarının böhtan mahiyyətli məktubuna cavab verib.
Bununla bağlı icmanın bəyanatında deyilir:
“Bir qrup amerikalı konqresmen və senator ənənələrinə sadiq qalaraq Azərbaycanla bağlı növbəti böhtan mahiyyətli məktubla çıxış edib.
Azərbaycanı “Qarabağa təcavüz etməkdə” ittiham edən birgə məktubun ən absurd tərəfi ondan ibarətdir ki, konqresmenlər və senatorlar işğal altında qalan səkkiz Azərbaycan kəndini “erməni kəndi” kimi qələmə veriblər.
Ermənistanın özünün rəsmi səviyyədə səkkiz kəndin Azərbaycana məxsus olması barədə mövqeyindən sonra konqresmenlər və senatorların belə açıqlaması istehza doğurur. Amerikalı konqresmenlər və senatorların zavallı durumuna acıyırıq.
Bunu konqresmenlərin və senatorların savadsızlığının, yalançı “Amerikan müstəsnalığı”na əsaslanan təkəbbürünün, azərbaycanofobiya və islamofobiya mərəzinə tutulmasının bariz nümunəsi kimi dəyərləndiririk.
Dünən Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar vasitəsilə əldə edilmiş razılaşma onu göstərir ki, Cənubi Qafqazın amerikalı konqresmenlər və senatorların savadsız məktublarına heç bir ehtiyacı yoxdur və onlar bölgəyə lüzumsuz geosiyasi rəqabətin gətirilməsi siyasətindən əl çəkməlidirlər”.
www.RIA24.az