Bakıda qəza zamanı yol təsərrüfatına ziyan dəyib – FOTO

Cəmiyyət


Bakının Nəsimi rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Salatın Əsgərova və Mirəli Qaşqay küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, idarəetməni itirən “Toyota” markalı minik avtomobilinin sürücüsü, maşını eyni markalı avtomobilə çırpıb. Qəza nəticəsində yol nişanı sıradan çıxıb.

Hadisə zamanı bir nəfər xəsarət alıb. Əraziyə polis əməkdaşları cəlb ediliblər. Avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir