Aleksandar Vuçiç: “Azərbaycan Serbiyanın əsl dostudur”

Siyasət


“Serbiya-Bolqarıstan interkonnektoru Serbiya üçün çox vacibdir”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.

Serbiya Prezidenti deyib ki, bu, qaz tədarükünün diversifikasiyasına imkan verəcək, daha çox alternativlər təqdim edəcək:

“Serbiya-Bolqarıstan interkonnektoru Serbiyanın enerji təhlükəsizliyi üçün çox vacibdir. Serbiya-Bolqarıstan interkonnektoru Serbiyaya yeddiyə qədər terminaldan sıxlaşdırılmış maye qaz almaq imkanı yaradır. Bura həmçinin Yunanıstanda Aleksandropolisdə tikilən maye qaz terminalı da daxildir. Bu o deməkdir ki, Serbiyanın gələcəkdə enerji təhlükəsizliyi daha möhkəm olacaq. Azərbaycan Serbiyanın əsl dostudur”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir