Kim Çen In ölkəyə qaçaqmalçılıq yolu ilə sevdiyi avtomobilini gətizdirib – VİDEO

Maraqlı


Şimali Koreya lideri Kim Çen In KXDR-ə qarşı sərt sanksiyalara baxmayaraq, “Maybach” markalı avtomobil alıb.

Bu barədə Cənubi Koreyanın SBS yayım şirkəti məlumat yayıb.

Bildirilib ki, araşdırmalar zamanı onun öz avtomobilini 2019-cu ildə buraxılmış “Mercedes-Maybach S650”-lə əvəzlədiyi aydın olub.

Qeyd olunub ki, Kim Çen In sentyabr ayında Rusiyaya səfəri zamanı köhnə avtomobilindən istifadə edib.

KXDR-də “Maybach” dəbdəbə anlayışına daxildir və onların ölkəyə ixracı BMT Təhlükəsizlik Şurasının qərarı ilə qadağan edilib.

“The New York Times”ın iddiasına görə, 2019-cu ildə “Mercedes-Benz” avtomobilləri dörd ay ərzində beş ölkə vasitəsilə KXDR-ə qaçaqmalçılıq yolu ilə gətirilib, eyni sxem bu dəfə də istifadə edilə bilər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir