Rusiya kassasında ən çox gəlir gətirən Dmitri Dyaçenkonun “Çeburaşka” filminin davamı 2025-ci ilin dekabrında kinoteatrlarda nümayiş olunacaq.
Bu barədə filmin prodüseri Denis Jalinski məlumat verib.
“Filmin davamı üzərində iş artıq başlayıb, biz bunu daha gizlətməyəcəyik. Ümid edirik ki, film iki ildən sonra Yeni il bayramında ekranlara çıxacaq, uşaqları, böyükləri və kinoteatrları da sevindirəcək. Biz təkmilləşdirməyə çalışacağıq və ikinci filmin birincidən daha gülməli, maraqlı olacağına ümid edirik”, – Jalinski bildirib.
Mənbə: TASS
www.RIA24.az