Rusiyada qadın ofisdən 24 milyonluq kağız oğurlayaraq mənzil alıb

Dünya


Rusiyanın Samara şəhərində prokurorluq ofisindən 24 milyon rubl (452 979 manat) dəyərində kağız oğurlayan 30 yaşlı yerli sakinə qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib.

Qadın Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu (dələduzluq) və 174.1-ci (çirkli pulların yuyulması) maddələri ilə ittiham olunur. İş aidiyyəti üzrə baxılması üçün şəhərin Kuybışev Rayon Məhkəməsinə göndərilib.

Müstəntiqlərin fikrincə, 2020-ci ilin mayından 2021-ci ilin oktyabrına qədər təşkilatın iqtisadi dəstək şöbəsinin baş mütəxəssisi şirkətdən ümumi dəyəri 24 milyon rubldan çox olan 112 min qutu ofis kağızı oğurlayıb. Bu pulla o, özünə mənzil və “Mercedes-Benz GLC 200 4MATIC” markalı avtomobil alıb.

Qeyd edək ki, cinayət təqibindən xəbər tutan qadın əmlakını ucuz qiymətə satıb və yoxa çıxıb. İndi qadın beynəlxalq axtarışa verilib, barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Mənbə: lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir