Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Konfrans Liqasının qrup mərhələsində İngiltərənin “Aston Villa” ilə səfər oyununda azarkeşlərin davranışına görə “Legiya” klubunu 100 min avro cərimələyib və Polşa klubuna qarşıdakı beş səfər matçına bilet satışını qadağan edib.
Bu barədə məlumat UEFA-nın saytında dərc edilib.
Qeyd olunub ki, oyun başlamazdan əvvəl Polşa komandasının azarkeşləri ilə polis arasında toqquşma olub, nəticədə üç hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
Qeyd edək ki, sözügedən qarşılaşma “Aston Villa”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Məlumat üçün əlavə edək ki, vaxtı ilə Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Legiya”nın formasını geyinib. O, klubun azarkeşləri tərəfindən hücuma məruz qalandan sonra Polşa klubu ilə yollarını ayırmaq qərarına gəlib və Xorvatiyanın “Dinamo”(Zaqreb) klubuna keçib.
Mənbə: UEFA.com
www.102info.az