“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mütəmadi olaraq ünsiyyətdəyəm”.
Oxu.Az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.
O, türkiyəli həmkarı ilə yaxın vaxtlarda görüşə biləcəyini vurğulayıb.
“Mən, həqiqətən, bunu planlayıram. Əvvəl də planlamışdım, burada sirr yoxdur, ancaq onun qrafiki ilə düz gəlmədi. Mən Türkiyəyə uçmağa hazır idim, bu barədə onlara dedim. Amma onun cədvəli ilə alınmadı. Belə şeylər olur. Bununla belə, biz danışmışıq, ola bilsin ki, gələn ilin əvvəlində görüşdük”, – deyə Rusiya prezidenti vurğulayıb.
www.102info.az