Ceyhun Bayramov: “Türkiyə ilə bir sıra sahələrdə daha da böyük göstəricilərə nail ola bilərik”

Dünya


“Qardaş Türkiyə ilə 2023-cü ilin ilk 10 ayı ərzində ticarət dövriyyəmiz yeddi milyard dollara yaxınlaşıb”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.

C.Bayramov qeyd edib ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20, Türkiyə isə Azərbaycana 15 milyard ABŞ dolları investisiya yatırıb.

“Hesab edirik ki, bir sıra sahələrdə daha da böyük göstəricilərə nail ola bilərik”, – deyə Azərbaycan xarici siyasət idarəsinin rəhbəri əlavə edib.

Aysel Aslan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir