“Azərbaycan İkinci Qarabağ müharibəsində medianın fəaliyyətindən uğurla istifadə edib”.
“Report” xəbər verir ki, bunu türkiyəli jurnalist, “Milliyyət” qəzetinin əməkdaşı Bünyamin Aygün Bakı Dövlət Universiteti və Üsküdar Universitetinin birgə təşkilatçılığı ilə “Müasir Türk Dünyası jurnalistikası: problemlər və çağırışlar” mövzusunda onlayn elmi konfransda çıxışı zamanı deyib.
Jurnalist bildirib ki, müharibə dövründə Azərbaycana qarşı ittihamlar səslənirdi:
“Amma bunlar mənasız oldu. Çünki Azərbaycan informasiya siyasətini düzgün qurmuşdu”.
B.Aygün qeyd edib ki, bu məsələdə xəbər agentliklərinin xüsusi rolu olub.
www.RIA24.az