“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “Naxçıvan Dəmir Yolları” MMC gələn il yanvarın 1-dən sərnişin daşımalarını müvəqqəti dayandıracaq.
Bu barədə şirkətdən məlumat verilib.
Bildirilib ki, son vaxtlar ADY ölkəmizdə əsaslı yenidənqurma, güclü maddi-texniki bazanın yaradılması və müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsi işləri aparır, dəmir yolu infrastrukturunun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində bir neçə mühüm layihələr həyata keçilir.
Görülən tədbirlərin davamı kimi, yüklərin vaxtında, tam təhlükəsiz mənzil başına çatdırılması, sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında da dəmiryol infrastrukturu möhkəmləndirilir, müasir standartlara cavab verəcək şəkildə yenidən qurulur. Odur ki, dəmir yolu ilə sərnişin daşımaları müvəqqəti dayandırılır.
www.102info.az