“Məqsəd Azərbaycanda olan insanları daha rahat və xoşbəxt etməkdir”.
Bu sözləri Oxu.Az-a açıqlamasında “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində İlk Yaradıcı Psixologiya Simpoziumu zamanı tədbirin təşkilatçısı Lalə Ələkbərova deyib.
Onun sözlərinə görə, insanlara poeziya terapiyaları keçirilir:
“Azərbaycanda ilk dəfə Yaradıcı Psixologiya Simpoziumu keçirilir. Yaradıcılıq beş istiqamət üzərində köklənib. İnsanlar özlərini müxtəlif janrlarda necə gördüklərini təsvir edirlər. Burada musiqi və səs, rəqs və hərəkət, yoqa terapiyaları təşkil olunub. Məqsəd insanların həm ruh, həm də beyinlərinin şəfalı olmasıdır. Burada bütün duyğular birləşir”.
“Bundan sonra da maraqlı işlər görüləcək. Bir neçə aydan bir müxtəlif mövzulara toxunulacaq. Simpoziumlar təşkil edəcəyik”, – deyə L.Ələkbərova sonda əlavə edib.
Nəzrin Vahid
www.RIA24.az