Yaponiyanın eyniadlı film seriyasında “Qodzilla” obrazını canlandıran aktyor və kaskadyor Kenpatiro Satsuma dekabrın 16-da 76 yaşında vəfat edib.
Bu barədə Yaponiya mətbuatı məlumat yayıb.
Satsumanın sətəlcəm xəstəliyindən öldüyü qeyd olunur, bu məlumatı onun oğlu da təsdiqləyib. Aktyorun noyabr ayında ağır xəstələndiyi bildirilir.
Satsuma “Qodzilla” haqqında seriyalarda ondan çox filmdə rol alıb, onlardan birincisi, “Qodzilla” Hedoraya qarşı” 1971-ci ildə nümayiş olunub. O, ilk dəfə 1984-cü ildə “Qodzilla”nın qayıdışı” filmində “Qodzilla”nın özünü oynayıb. Məlumdur ki, aktyor ağır rezin bədheybət kostyumuna görə çəkiliş meydançasında çox çətin anlar yaşayıb, o, tez-tez huşunu itirib və boğulub.
Sənətçi həmçinin digər məşhur Asiya filmlərində, o cümlədən “Zamanda boşluq” və “Hon Gil Don” filmlərində rol alıb.
Mənbə: mk.ru
www.RIA24.az