“Paytaxtda taksi fəaliyyəti göstərən nəqliyyat vasitələrinin 60 faizinin yaşı 15 ildən çoxdur”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı çıxışında deyib.
O bildirib ki, Bakıda taksilərin yeddi faizinin yaşı beş ilə qədər olan nəqliyyat vasitələridir:
“Hazırda paytaxtda yaşı 5-10 il aralığında dəyişən taksilər 10 faiz, 10-15 il aralığında dəyişənlər isə 21 faiz təşkil edir. Yaşı 15-20 il olan taksi fəaliyyəti göstərilən nəqliyyat vasitələri 42 faiz, yaşı 20 ildən çox olan taksilər isə 20 faiz təşkil edir”.
Könül Cəfərli
www.102info.az