Rusiyalı politoloq: “Bakı və İrəvan arasında sülh sazişi qaçılmazdır”

Siyasət

“Hesab edirəm ki, Bakı ilə İrəvan arasında sülh sazişi qaçılmazdır”.

Bu barədə tanınmış rusiyalı siyasi şərhçi Sergey Strokan Caliber.Az-a müsahibəsində deyib.

O bildirib ki, məsələ İrəvanla Bakı arasında münasibətlərin hansısa formada istiləşəcəyindən getmir:

“Gəlin realist olaq – burada hansısa istiləşmə gözlənilmir. Amma praqmatik nöqteyi-nəzərdən mövcud münaqişə potensialını dağıtmaq üçün artıq bu gün bütün tərəflərin belə bir razılaşmaya ehtiyacı var”.

Siyasətçi vurğulayıb ki, qeyri-müəyyənlik yaradan məhz razılaşmanın olmamasıdır və bu çoxsaylı problemlər gətirir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir