ABŞ-də qəribə oğurluq hadisəsi baş verib. Belə ki, kassanı qarət etməklə məşğul olan quldurların özlərinin maşını naməlum şəxs tərəfindən qaçırılıb.
Hadisə Koloradonun Kommers şəhərində qeydə alınıb. Üç maskalı silahlı şəxs kassanı qarət edərkən başqa bir cinayətkar onların yaxınlıqda dayanmış avtomobilini oğurlayıb.
Polisin məlumatına görə, həmin maşın özü də oğurluq olub.
Cinayət yerinə gələn polis qarətçiləri təqib etməyə başlayıb və onlardan ikisini saxlamağa müyəssər olub. Şübhəlilərdən biri qaça bilib.
Avtomobili qarət edən şəxsin kimliyi məlum olmayıb.
Mənbə: Gazeta.ru
www.RIA24.az