İspan jurnalist Rut Basa fransız aktyor Jerar Depardyeni 1995-ci ildə baş verdiyi iddia olunan cinsi təcavüzdə ittiham edib.
Onun məlumatına görə, media işçisi İspaniya Milli Polisinə şikayət edib və onun Fransa hakimiyyəti ilə əlaqə saxlaması gözlənilir.
Basanın sözlərinə görə, hadisə onun 23 yaşı olarkən Parisdə “Cineman” jurnalı üçün aktyordan müsahibə alarkən baş verib.
Qeyd edək ki, ulduz aktyor bundan əvvəl də çox sayda analoji ittihamlarla üzləşib.
Mənbə: TASS
www.102info.az