Cevdet Yılmaz: “Azərbaycanla Türkiyə əməkdaşlığı genişləndirməyə davam edəcək”

Siyasət


“Azərbaycanla Türkiyə beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı genişləndirməyə davam edəcək”.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə əməkdaşlıq davam edəcək.

C.Yılmaz qeyd edib ki, Türk Dövlətləri Təşkilatları çərçivəsində yaradılmış Türk İnvestisiya Fondu çox vacib bir istiqamətdir:

“Bu fürsətləri iş dünyasının daha yaxşı dəyərləndirəcəyinə inanıram. Yaradılan fond iqtisadi fəaliyyətləri dəstəkləyərək türk dövlətlərinin iqtisadiyyatlarına töhfə verəcək”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir