“Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərən Türkiyə şirkətləri 517 layihəyə imza atıblar”.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu layihələrin dəyəri 18 milyard ABŞ dolları olub:
“Tikinti sahəsində əməkdaşlığımızı daha da irəliyə daşıyacağıq”.
Qeyd edək ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dekabrın 19-20-də Azərbaycanda səfərdədir. Onun səfər çərçivəsində bir sıra görüşlər keçirməsi gözlənilir.
www.102info.az