“Seçki hüququ olan tələbələrin səs verməsi üçün şərait yaradılması vacibdir”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri ilə birgə müşavirədə deyib.
O qeyd edib ki, tələbələr həm öz yaşadıqları ərazidə, həm də təhsil aldıqları müəssisədə səs verə bilərlər:
“Nəzərə almalıyıq ki, seçkinin təyin edildiyi tarix tələbələrin istirahət gününə təsadüf edir. Ona görə onların təhsil aldıqları və yaşadıqları ərazilərdə səs verə bilməyi vacibdir”.
Aysel Aslan
www.RIA24.az