Özbəkistanda yeni qaz ehtiyatları aşkar olunub, əlavə olaraq 4,4 milyard kubmetr mavi yanacaq istehsal edilib.
Bu açıqlama ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edib.
“Son illər geoloji tədqiqatların dərinliyi iki-üç kilometrdən dörd-beş kilometrə çatdırılıb. Nəticədə yeni qaz ehtiyatları aşkar olunub və əlavə olaraq bu xammalın 4,4 milyard kubmetri hasil edilib”, – deyə Özbəkistan prezidenti əlavə edib.
O əlavə edib ki, yeni qaz ehtiyatlarının axtarışına beynəlxalq konsaltinq şirkəti də cəlb olunub və bunun sayəsində bir çox perspektivli sahələri müəyyən etmək mümkün olub.
Mənbə: Sputnik Özbəkistan
www.102info.az