ABŞ-li milyarder, “Tesla” və “SpaceX”in baş direktoru İlon Mask ABŞ-də prezident seçkiləri ilində gəlirlərinin aşağı düşməsini siyasi reklamlar vasitəsilə kompensasiya etməyi planlaşdırır.
Məlumata görə, iş adamı reklamdan əldə etdiyi illik gəliri 100 milyon dollara çatdırmaq niyyətindədir. Qeyd olunur ki, əvvəllər sosial şəbəkədə siyasi reklamlar “Twitter”in keçmiş direktoru Cek Dorsinin qərarı ilə qadağan edilib.
Şirkət öz reklam xidmətlərini tanıtmaq üçün artıq Vaşinqtonda yüzlərlə potensial müştəri ilə böyük tədbir keçirib. “X” rəhbərliyi sosial şəbəkəni həm namizədlər, həm də seçicilər üçün əlverişli müasir qlobal şəhər platformasına çevirməyi də planlaşdırır.
Mənbə: news.ru
www.102info.az