Azərbaycanda sərxoş oğul atasını bıçaqladı

Cəmiyyət


İsmayıllıda ailə-məişət zəminində oğul atasına bıçaqla xəsarət yetirib.

Belə ki, 1994-cü il təvəllüdlü İsmayıllı şəhər sakini Emin Maarifli aralarında yaranan mübahisə zamanı 53 yaşlı atası Sübhan Dadaşovu bıçaqlayıb. S.Dadaşov xəstəxanaya yerləşdirilib.

Oğlun isə hadisəni törədən zaman sərxoş olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində E.Maarifli  saxlanılıb.

“Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar davam etdirilir”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir