İranın Məhkəmə Hakimiyyəti məcburi hicab qanununa əməl etməyənlərə qarşı sərt tədbirlər görmək üçün küçələrdə, ictimai obyektlərdə, böyük ticarət mərkəzlərində səyyar məhkəmələr yarada bilər.
Məlumata görə, sözügedən sənəd İranın daxili işlər naziri Əhməd Vəhidinin möhürü ilə təsdiqlənib.
Qeyd olunub ki, sənəddə İran hökumətinin bir sıra qurumlarına və idarələrinə hicab tələbi ilə bağlı bəzi göstərişlər də verilib.
Mənbə: BBC
www.102info.az