“Ukraynaya ayırdığımız yardım və dəstək tükənir. Lazım olan pulumuz demək olar ki, qurtarıb, vaxt da qalmayıb”.
Bu barədə ABŞ Dövlət katibi Antoni Blinken bildirib.
O, dəqiq bir tarix açıqlaya bilməyəcəyini, amma işlərin bu istiqamətdə getməsinin əlavə büdcə tələbinin aktuallığını vurğuladığını deyib.
“Biz Ukraynanın gələcəyinə, onun azadlığına əhəmiyyətli dərəcədə sərmayə qoymuşuq. Nə qədər iş görüldüyünü və Ukraynanın indi nəinki sağ qala, həm də irəliləyəcək vəziyyətdə olduğunu nəzərə alsaq, bu investisiyalardan imtina etmək mənə mənasız görünür”, – deyə o bildirib.
Blinken Vaşinqtonun çox dəqiq planı olduğunu və buna əsasən, Ukraynanın hərbi, iqtisadi və demokratik baxımdan ayağa qalxa biləcəyini deyib.
“Beləliklə, onun daha bu səviyyədə dəstəyə və köməyə ehtiyacı olmayacaq”, – deyə Blinken qeyd edib.
ABŞ Dövlət katibi bununla belə Ukraynaya qışdan, yazdan və yaydan sağ çıxmağa kömək etməli olduqlarını vurğulayıb.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva Qərb ölkələrinin yaxın aylarda Ukraynaya maliyyə yardımı etməsələr, Kiyevin hiperinflyasiya ilə üzləşəcəyi və pul çapetmə siyasətinə qayıda biləcəyi barədə xəbərdarlıq etmişdi.
Mənbə: “PulN3” “Telegram” kanalı
www.102info.az